Aktrisa Yasemin Allen 3 ildir birlikdə olduğu sevgilisi Conni Qrant ilə ayrılmasının səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, aktrisa yeni serialı üçün Amerikadan Türkiyəyə qayıdıb. Allen pandemiya ərəfəsində sevgilisi ilə görüşə bilməməkdən şikayətlənib.
Yasemin bundan sonra Türkiyədə qalıb, layihələri ilə məşğul olmaq qərarı verib. Amerika serialında iki mövsüm çəkilən, daha sonra Londona gedən sənətçi bir daha uzunmüddətli ölkəsini tərk etməmək niyyətindədir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.