banner
banner

Sosİal

Diqqət! Bakıda saxta profil satanlar peyda olub FOTO

Diqqət! Bakıda saxta profil satanlar peyda olub FOTO
Sosial şəbəkələrdə saxta profil satışı ilə məşğul olan şəxslərlə bağlı "Report"a məlumat daxil olub. Araşdırmalarla məlum olub ki, bu cür saxtakarlar insanların müxtəlif yollarla əldə etdikləri fərdi məlumatları əsasında profillər yaradaraq onların satışı ilə bağlı sosial şəbəkələrdə elanlar yerləşdirirlər. Yerləşdirdikləri elanların istifadəçilərə daha da inandırıcı görünməsi üçün həmin şəxslərə aid fotolardan istifadə olunur. Çox vaxt hədəf hərbçilər olur. Hərbi qulluqçu olan Elnur adlı şəxs "İnstagram"da satışda olan Ramin_Günay səhifəsini satın almaq üçün səhifənin sahibi İsmayılov Ramin Musa oğlu ilə 90 AZN qarşılığında razılığa gəlib. Ramin səhifəni rəsmiləşdirmək üçün Elnurdan fərdi məlumatlar tələb edib. Bir müddət sonra hərbçinin fotosu ilə saxta profillər açılıb və səhifə ayrı-ayrı şəxslərə təklif olunub. Elnur bununla bağlı 102 zəng mərkəzinə müraciət edib. Məlum olub ki, bu problemlə başqaları da üzləşib. Məsələnin araşdırılması ərazi üzrə Xətai RPİ-nin 36-cı Polis bölməsinə həvalə olunub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.