banner
banner

Sosİal

Eks-nazirin “Çudo-Peçka”sında rüsvayçılıq

Eks-nazirin “Çudo-Peçka”sında rüsvayçılıq

Sabiq nazirin restoranlar şəbəkəsi əhaliyə zay məhsullar sırıyır.

Tia.az xəbər verir ki, iqtisadi inkişaf naziri olmuş Heydər Babayevin “Çudo Peçka” restoranları köhnəlmiş, qalmış, xarab yeməkləri isti edib satır. Peraşki, qutab, şirniyyatlar köhnə qalan məmulatlar olur.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkarlamışdı.
"Çudo Peçka"nın "hədəfləri" 80 faizə kökləndiyindən keyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçib. İstehlakçının sağlamlığı üçün vacib məqamlardan sayılan yararlılıq müddəti şəbəkədə "sirr" kimi qorunur.
Xüsusilə isti yay günlərində kremli məhsulların yararlılıq müddəti vacib hesab edildiyindən tortlarla bağlı vəziyyət daha acınacaqlıdır. Tortların istehsal tarixi, yararlılıq müddəti, tərkibi məhsulun üzərində göstərilmir. Halbuki, tortların saxlanma müddəti 36 saatdan artıq olmamalıdır. “Çudo Peçka” şirniyyat, qənnadı mağaza-kafelər şəbəkəsinin mağazalarında isə tortlar 10 gündən artıq saxlanılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.