banner
banner

Şou

"Keçmiş sevgililərimin hamısı məni dəli hesab edir"

"Keçmiş sevgililərimin hamısı məni dəli hesab edir"

28 yaşlı Selena Qomes "YouTube"da makiyajları ilə məşhur olan Nikki de Yaqerin qonağı olub.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni şəxsi həyatı ilə bağlı sualları da cavablandırıb. O qeyd edib ki, karantin günlərində münasibət qurmaqda çətinlik çəkib.

"Çox çətin idi. Bunu fanatlar səhv anlamasınlar. Elə düşünülməsin ki, sevgili tapmaq üçün alışıb-yanıram. Bunu nəzərdə tutmurdum. Oğlanlarla münasibət çox  çətindir. Keçmiş sevgililərimin hamısı məni dəli hesab edir. Amma onların nə düşündüyü vecimə deyil" deyə, Selena bildirib.

Qeyd edək ki, Qomezin ən uzunmüddətli münasibəti müğənni castin Biberlə olub. Onlar 2010-cu ildən eşq yaşayırlar. 2018-ci ilin martında isə ayrılıblar.

Castinlə bağlı olan suallara Selena "Sən ehtirasa, məyusluğa, mübahisəyə öyrəşirsən və düşünürsən ki, bu, sevgidir. Mən də uzun müddət buna inandım. İndi isə əsl münasibət istəyirəm. Bu, asılılığın yer almadığı, mübahisələrin və problemlərin olmadığı bir münasibət olmalıdır" münasibətini bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.