Müğənni Nadir Qafarzadə “Öz aramızda” verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, sənətçi verilişin aparıcısı Zaur Baxşəliyevə min manat gətirdiyini bildirib: “Evdən çıxanda üstümdə min manat götürdüm ki, verilişə bağışlayım. Bunu Zaura verirəm. Ən çox köməyə ehtiyacı olan birinə versin. Kiməsə özüm verib, ayrıseçkilik salmaq istəmirəm”. Z.Baxşəliyev N.Qafarzadənin verdiyi min manatı üzü yanmış, əməliyyat üçün verilişə müraciət edib, kömək istəyən Abbas adlı gəncə verib: “Əslində burada ehtiyacı olan çox insan var. Abbasın əməliyyatı üçün pul yığırıq. Bu məbləği də həmin pulun üstünə əlavə etdik”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.