Günel Nəsrin Cavadzadəni tənqid etdi: “Gec dəstək verdi”
Müğənni Günel Zeynalova Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadəni tənqid edib. İfaçı aktrisanın Qarabağ müharibəsi ilə bağlı gec məlumat paylaşdığını bildirib. “Nəsrinin dəstəyi gec gəldi”,- deyə Günel sosial şəbəkədə qeyd edib. Qeyd edək ki, aktrisa Azərbaycan ordusunun əks-hücum əməliyyatları başlayan zaman 2 milyon izləyicisi olan “İnstagram” səhifəsinin profil fotosunu Azərbaycan bayrağı ilə əvəzləyib. O, üzərində Azərbaycan bayrağı olan geyimi ilə foto paylaşaraq “Yurdum, yuvam məskənimsən” şərhini yazıb. O ötən gün isə Gəncənin ermənilər tərəfindən vurulması ilə bağlı paylaşım edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.