Bu gün saat 09:00 radələrindən paytaxtın Qara Qarayev prospektindən Ziya Bünyadov prospektinə qədər nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.
Onun sözlərinə görə, nəticədə Qara Qarayev - Koroğlu - 28 May və Qara Qarayev - 20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.