banner
banner

Sosİal

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 20-si gündüzdən 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi arabir güclənib.
Xidmətdən bildirilib ki, düşən yağışın miqdarı Sarıbaş (Qax), Zaqatalada 34, Balakəndə 29, Lənkəranda 11, Tovuz, Oğuzda 8, Kişçayda (Şəki) 7, Şəkidə 5, Şəmkir, Ceyrançöl, Quba, Qusarda 4, Astarada 3, Yardımlı, Lerikdə 2, Qəbələ, Daşkəsən, Qrız, Mingəçevir, Yevlax, Gədəbəy, Naftalan, Sumqayıt, Maştağa, Bakıda 1mm-dək olub.
Sumqayıt, Pirallahı, Çilov adası, Göygöl, Balakən, Zaqatala, Qusar, Qrız, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi Naftalanda 26 m/s, Neftçala, Ağstafa,Tovuzda 20 m/s, Biləsuvar, Salyan, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.