Aktrisa Skarlet Yohansson, Keti Holms və Ancelina Colinin ortaq nöqtələri nədir? Hollivudun bu gözəl qadınlarının ayaq ölçüləri çox böyükdür. 39 yaşlı Keyt Vinslet də ideal bədəni ilə bəyənilir. Yalnız "Oskar"lı aktrisanın ayaqqabılarının ölçüsü 40-dır. 170 santimetr boyu olan ulduz bəzən baxımsız görünən ayaqları ilə obyektivlərə tuş gəlir. K.Holmsun da 170 santimetr boyu var, ancaq ayaqları 40.5 ölçüsündədir. S.Yohanssonun boyu isə daha az 160 santimetrdir. Ancaq onun da ayaq ölçüsü böyük olduğu üçün kobud ayaqqabılar geyinməli olur. Sandra Ballok, Qvinet Peltrou, Ancelina Coli, Uma Turman və Keyt Blanşet də ayaqqabı ölçüləri böyük olan ulduzlardan sayılırlar. Bu isə Hollivud ulduzlarına son model, zərif ayaqqabı geyinməklərində, bəzən isə fotokamera qarşısında çətinlik yaradır
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.