Nadir Qafarzadə: “Azərbaycan xalqı seçimində yanılmayıb"
Müğənni Nadir Qafarzadə də digər həmkarları kimi sosial şəbəkədə Qələbə sevincini paylaşıb. Müğənni “İnstagram” səhifəsində paylaşdığı videoda bu sözləri deyib:
“Belə tez zamanda Qələbə sevinci yaşamağıma bir az tərəddüd edirdim. Amma qələbə bizimdir!
Cənab Prezident, mən bu Qələbəyə xəbərinə görə sizə təşəkkür edirəm. Siz tarix yazdınız! Ali Baş Komandan, yaxşı ki, varsınız. Azərbaycan xalqı seçimində yanılmayıb, düzgün seçim edib. Bu, sizin və Azərbaycan əsgərinin, zabitinin, xalqının uğurudur. Var olsun Azərbaycan!”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.