Zərərçəkənlər “AMAY”ın rəhbərindən pul istəmədi - Məhkəmə
Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.
Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə "Xudafərin” MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan 11 nəfər dindirilib: "Onlar müxtəlif ifadələr verdilər. Ümumilikdə təqsirləndirilən şəxslərdən maddi tələblərinin olmadığını bildirdilər. İfadə verənlər "Xudafərin” MMC-də evi olub, ancaq həmin evdə yaşamayanlar idi. Bir qismi deyir ki, təmir etdirmişəmsə də, orda yaşamıram.
Onlara bildirdim ki, evlərin təhvil verilməsi mülkü müqavilə ilə tənzimlənən bir məsələdir. Bunun üçün tələblərin öhdəlikləri var. Bu işə mülkü məhkəmədə baxılmalıdır. Növbəti proses aprelin 17-nə təyin olunub”.
Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə "Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu "AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir.
İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.