Türkiyənin məşhur serialı “Hercai”nin aktrisası İlay Erkök mükafat alıb.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, məşhur İspaniyada “Ən yaxşı gənc qadın aktrisa” tituluna layiq görülüb. O bu ada "İspaniyanın Prestijli Televiziya Mükafatları" mərasimində sahib olub.
İlay Erkök aldığı mükafatla bağlı sevinc hissi yaşadığını deyib. “Belə bir mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Özümlə fəxr edirəm. İspan filmlərini izləyirəm. Ümid edirəm pandemiya tezliklə bitər və məndə İspaniyadakı pərəstişkarlarımla görüşərəm”
Qeyd edək ki, hazırda aktrisa reytinqli serial olan "Hercai"də Yaren obrazına həyat verir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.