banner
banner

Sosİal

Bu rayonlarda pulsuz müayinə olacaq

Bu rayonlarda pulsuz müayinə olacaq

Saatlı rayonunda pulsuz tibbi müayinə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun bir neçə kəndinin sakinləri Saatlıya ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinədən keçiriliblər.
Azərbaycan Tibb Universitetindən Cia.az verilən məlumata görə, iki gün ərzində Saatlının bir neçə kəndində müayinə aparacaq həkim briqadasına bu gün 230 nəfərdən çox müraciət olub. 
Onlar əsasən göz ağrılarından, ürək nahiyyəsində olan narahatlıqlardan və s. şikayət ediblər. Müayinələrdən sonra səhhətində problem olan bəzi sakinlərə həkim-mütəxəssislər tərəfindən məsləhətlər verilmiş və müvafiq müalicə təyin olunub, bəziləri isə stasonar şəkildə müalicə olunmaq üçün Bakıya göndərilib.

Qeyd edək ki, əhalinin pulsuz tibbi müayinəsinin aparılması aksiyası 24-25 aprel tarixlərində Sabirabad, 1-2 may tarixlərində isə Kürdəmir rayonunda həyata keçirilməsi nəzərdə tutulur. Bu cür pulsuz müayinələr Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilir.









Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.