“Axı hələ şəhidlərimizin qanı soyumayıb" – Röya tənqid olundu
Xalq artisti Röya Ayxan sosial şəbəkədə tənqid olunub. O, yeni mahnısının görüntülərini sosial şəbəkədə paylaşıb və “Hər kəs sevdiyini çağırsın” şərhini yazıb. Müğənninin bu paylaşımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
İzləyiciləri Röyanın paylaşımına “Axı hələ şəhidlərimizin qanı soyumayıb", “Şəhidlərlə bağlı niyə paylaşım etmirsiz?” ,"Səhifənizdə bir şəhid haqqında belə məlumat yoxdur" kimi şərhlər yazıblar .
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.