banner
banner

Sosİal

Azərbaycanda qadınların sayı niyə çoxdur?

Azərbaycanda qadınların sayı niyə çoxdur?

Azərbaycan əhalisinin sayı açıqlanıb. Məlumata görə, Azərbaycanda orta ömür uzunluğu 74 yaş olub. Dünya Bankı Azərbaycanda demoqrafik vəziyyətlə bağlı araşdırma aparıb. Bankın araşdırmasının nəticələrinə görə ömür uzunluğu 4 ildən artıq olub. Bu ilin martında Azərbaycanda əhalinin sayı isə 9 milyonu ötüb. Azərbaycanda körpə ölümü də azalıb. Doğulanlar arasında 53%-ni oğlan, 46-ini isə qız uşaqları təşkil edir.

Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hazırda ölkədə hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. 10 il əvvəl bu göstəricidə qadınlar daha çox üstünlük təşkil edirdi. Sosioloqların fikrincə, belə davam edəcəyi təqdirdə yaxın 3-4 ilə ölkədə kişilərlə qadınların say nisbəti bərabər olacaq.

Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, son zamanlar Azərbaycanda doğulan oğlan uşaqların sayında artım müşahidə olunur: "Qız uşaqlarının sayında azalma var. Amma əhalinin ümumi sayını götürəndə isə yenə də qadınlar çoxluq təşkil edir. Bu isə onunla bağlıdır ki, ölkəyə miqrasiya axını daha çoxdur. Təbii fəlakətlər, texnogen qəzalar, yol-nəqliyyat hadisləri zamanı daha çox kişilərin həlak olmasıdır. Və bu say dinamikasında yenə də qadınların üstünlüyünə gətirib çıxarır”.

Mütəxəssislər hesab edir ki, əhalinin orta yaşama dövrünün artmasında elmin, texnikanın, səhiyyənin inkişafına öz təsirini göstərir.

Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində 2014-2015-ci illəri əhatə edən Dövlət Proqramı layihəsi hazırlanıb. 

Bu proqram layihəsində respublikada mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər öz əksini tapıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.