Aparıcı Ece Erken Reynmen ləqəbli repçi Yusuf Aktaş arasında gərginlik yaşanıb.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, Ece aparıcısı olduğu verilişdə Aktaş haqqında xoşagəlməz ifadələr işlədib. Bundan sonra Reynmen sosial media hesabında Erken haqqında "Ucuz" yazısı yazaraq paylaşım edib.
Bu yazısına görə Ece Aktaşı məhkəməyə verib. İfadəsi alınan Reynmen “Məni sərt şəkildə tənqid etdiyinə görə ona qarşı münasibət bildirdim” deyə reaksiya verib.
Nalayiq sözlər işlətidiyinə görə Aktaşın 2 il 6 ay həbs ediləcəyi bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.