Rusiya, Qafqaz və Mərkəzi Asiya ölkələrinin incəsənəti üzrə ixtisaslaşan yazıçı və kurator Suad Qarayeva Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yeganə qızı imiş.
“Qafqazinfo” xəbər verir ki, Londonda və Bakıda yaşayan Suad nüfuzlu Azərbaycan rəssamlarının beynəlxalq sərgilərinə kuratorluq edib, ölkəmizi xarici festivallarda uğurla təmsil edib. Böyük Britaniyanın Sotheby’s hərrac evində MDB ölkələrinin müasir incəsənətini incələyən Qarayeva həm də kolleksionerdir. Onun təşəbbüsü ilə Sotheby’s hərracında keçirilən sərgilərdən birində incəsənətin video-art bölməsinə aid xüsusi bölmə yaradılıb.
Suad Londonda iqtisadiyyat üzrə bakalavr, fəlsəfə və dövlət siyasəti üzrə magist təhsili alıb. Bir müddət bank sahəsində çalışmasına baxmayaraq, incəsənətə olan sevgisi daha güclü olub. Venesiyada keçirilən incəsənət biennalesinin daimi iştirakçılarından olan Suad Qarayeva 2014-cü ildə “Generation Baku: New Art from Azerbaijan”yarmarkasında rəssamlarımıza dəstək olub. Hazırda o, həm də YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.