Ekaterinburqdan olan Sofiya Nikitçuk milli yarışma olan “Miss Rusiya-2015”in qalibi olub.
Qafqazinfo-nun itar-tass-a istinadən məlumatına görə, gözəllik müsabiqəsi Moskvanın konsert zallarından biri olan “Barvikha Luxury Village”da keçirilib.
Finalda ölkənin 50 ən gözəl qızı iştirak edib.
Qalib müəyyənləşdirilənə qədər bir neçə mərhələdən keçib. Finalda 20 nəfər qalandan sonra gözəllər çimərlik geyimində səhnəyə çıxıblar. Daha sonra münsiflər heyətinin seçdiyi 10 nəfər gecə geyimlərini nümayiş etdiriblər.
“Miss Rusiya-2015”də ikinci yeri Vladislava Yevtuşenko, üçüncü yeri isə Anastasiya Naydenova tutub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.