banner
banner

Sosİal

Subartezian İdarəsinin rəisi pul yığdırır

Subartezian İdarəsinin rəisi pul yığdırır

Şəmkir Subartezian Quyuları İstismarı İdarəsi qanunsuz pul yığır. İdarənin rəisi Nəriman Verdiyev sakinlərdən su pulunu qəbz təqdim etmədən alır.

Tia.az xəbər verir ki, Verdiyev hər il qış aylarında sakinlərdən 30 manat, yayda isə hər ay 50 manat alır.
Üstəlik, qəbz də təqdim olunmur. İdarə rəisinin bu qanunsuz əməli pul silmək və dövlət büdcəsindən gələn gəlirləri yayındırmaq niyyətidir. “Azərsu” ASC isə məsələdən ya xəbərsizdir, ya da Qorxmaz Hüseynovun adamlarının da bu əməliyyatda iştirakı var.
Məlumata görə, son 4-5 ildə Verdiyev minlərlə sakindən böyük məbləğdə pul yığıb. Bundan əlavə Verdiyev subartezian quyularındakı motor üçün əhalidən 600 manat alır, çox çəkmir ki, motor xarab olur. Verdiyev isə təzədən əhalidən pul tələb edir. Onları qorxudur ki, pul verməsəniz əkin sahələriniz yanacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.