Safurə həyat yoldaşı ilə tanışlığından danışdı - Video
"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva "Youtube"da özü ilə bağlı video yayımlayıb.
Axşam.az xəbər verir ki, keçmiş müğənni Anara Fətəliyevanın suallarını cavablandırıb. Safurə şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:
"Eurovision" ərəfəsində bir neçə ölkə gəzdim. Amma heç vaxt Türkiyəyə gəlməmişdim. deyirdim ki, bu necə olur, yaxın ölkə və mən oranı görməmişəm. Üç günlük İstanbula gəldim, türk qəhvəsi almışdım. Bakıda evdə anama və bacıma qəhvə bişirdim. İçəndə dibində ürək forması yarandı. Bir həftə sonra həyat yoldaşımla Türkiyədə tanış olduq və orada evləndik.
İçimdə "Mən burada yaşamalıyam" deyə, bir hiss var idi. Evləndik və yoldaşımın işi burada olduğu üçün İstanbulda yaşayırıq".
Safurə formada qalması ilə bağlı ünvanlanan sualları da cavablandırıb:
"Pəhrizin tərəfdarı deyiləm, saxlamıram. Məncə arıqlıq gendən gəlir. Əməliyyat etsəm, gizlətmərəm. Kompleksim yoxdur. Üç uşaqdan sonra arıqlayıram. Hər uşaq məndən nəşə alıb aparır. Uşaqdan sonra dəyişiklik mümkün deyil".
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Cütlüyün 3 övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.