banner
banner

Sosİal

8 fevraldan 65 yaşlıların peyvəndinə başlanılır

8 fevraldan 65 yaşlıların peyvəndinə başlanılır

Ümid edək ki, peyvəndləmədən sonra virus yox olacaq, amma...

Bir ildən artıq vaxtdır ki, dünyada koronavirusla mübarizə tədbirləri aparılır. Mütəxəssislər virusla mübarizədə yeganə çıxış yolu kimi vaksinlərin tətbiqini görür. Hazırda dünyada peyvəndləmə prosesi sürətlə gedir.

Bəs Azərbaycanda vaksinasiya prosesi necə aparılır? Həkimlərin peyvəndlənməsi prosesi bitdimi, növbədə kimlər olacaq? Əhalinin digər qrupları nə zaman peyvənd olunacaq? Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsinə başlanılır. Bu barədə İcbari Tibbi Sığorta Agentliyindən bildirilib.

İkinci mərhələdə peyvənd olunacaq şəxslərin siyahısı hazırlanıb. Bunlar aşağıdakılardır:

- yaşı 50 və daha çox olub ən azı bir xroniki xəstəliyi olanlar;

- tənəffüs xəstəlikləri, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar;

- təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar;

- sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN Xidmət” və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər;

Səhiyyə Naziliyindən aldığımız məlumata görə, fevral ayının 8-dən etibarən COVİD-19 əleyhinə vaksinasiyanın növbəti mərhələsi başlanılacaq. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  verilən birgə məlumatda bildirilib.

Qeyd edilib ki, bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlar 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmə bilərlər: “Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilər. İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən ”Məlumat forması"nda öz əksini tapsa da, əlavə olaraq sms vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildiriləcək.

Yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək. Sözügedən sistemdən istifadə qaydaları ilə bağlı yaxın günlərdə əlavə təlimatlar veriləcək".

Azər Nağıyev - Hepatoloq, İnfeksionist

Azər Nağıyev 

“Yeni Müsavat”a danışan infeksionist-hepotoloq Azər Nağıyev bildirib ki, həkimlərin peyvəndlənməsindən sonra hər hansı yan təsirlər olmayıb: “Həkimlər peyvənd olundu, əlavə təsirləri müşahidə olunmadı, yəni digər inaktiv peyvəndlər kimi (Hepatit B) keçdi. Bir az iynənin yerində ağrı olur. Ağır yan təsiri olmadı”.

İnfeksionist hesab edir ki,  yaxın gələcəkdə virusa qalib gələ biləcəyik: “İki ay əvvəli müqayisə etsək xəstələrin sayında xeyli azalma var. İnsanlar xəstəliyi keçirdi, həm də kifayət qədər maarifləndilər. Düzdür, qaydaları yenə də pozanlar var. Amma  hər bir adamın yaxını xəstələndi, vəfat edənlər də oldu. Düzdür, kiçik yoluxmanın dalğası yenə ola bilər. Məktəblərin açılması, ictimai-iaşə obyektlərinin açılması kiçik dalğaların olmasına səbəb ola bilər. Amma böyük yoluxmaların olacağını düşünmürəm. Yeganə bir məsələ, virusun yeni ştammının daha sürətlə yoluxduğu deyilir. Onunla əlaqədar indidən proqnozlar vermək çətindir. Amma yaxın aylara ümidli yanaşıram. Ümid edək ki, peyvəndləmədən sonra virus yox olacaq, amma bununla belə, ehtiyatı da əldən vermək olmaz”.

Yeri gəlmişkən, son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılıb.

DTX məlumat yaydı (VİDEO) » QƏRBİNFO.az - xəbər portalı

Virtualaz.org Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, həmin səs yazısı həkim tərəfindən paylaşıldığından, vətəndaşlar arasında vahimə və təşviş doğurmaqla yanaşı, cəmiyyətdə dövlətin koronavirusla mübarizə tədbirlərinə inamsızlığa şərait yaradıb.

DTX tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşlar arasında çaşqınlığa və əsassız narahatlığa səbəb olan həmin xəbəri paylaşan şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi, hazırda koronaviruslu xəstələrin müalicəsi ilə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasına ezam olunan, 1974-cü il təvəllüdlü Məcidova İlahə Telman qızı olduğu müəyyən edilib.

İlahə Məcidova özünün səhv mülahizələrinə əsaslanan səs yazısını paylaşmasından peşman olduğunu, koronavirus pandemiyası ilə əlaqədar indiki həssas bir dönəmdə bu hərəkətinin doğura biləcəyi ağır nəticələr barədə düşünmədiyini etiraf edərək ictimaiyyətdən üzr istəyib.

İlahə Məcidovanın məsuliyyətə cəlb edilməsi məsələsi qanunvericiliyə uyğun qaydada həll olunacaq.

“Bir daha sosial media təmsilçiləri və sosial şəbəkə istifadəçilərindən koronavirus epidemiyası ilə bağlı məlumatları bölüşərkən diqqətli olmağı, qeyri-rəsmi və dəqiqləşdirilməmiş xəbərlərin yayılmasına yol verməməyi, yalnız aidiyyəti dövlət qurumlarının məlumatlarına etibar və istinad etməyi xahiş edirik”, - DTX-nın açıqlamasında bildirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.