Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə edilən faktiki hava şəraitini açıqlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, fevralın 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Düşən yağıntının miqdarı Neftçalada 7, Lənkəranda 6, Lerikdə 5, Yardımlı, Astarada 4, Beyləqan, Cəfərxanda 2, Şərur, Göygöl, Qəbələ, Mərəzə, Zərdab, İmişli, Kürdəmir, Maştağa, Binədə 1 mm-dək olub. Havanın temperaturu fevralın 21-də Bakıda iqlim norması daxilində, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, Naxçıvan MR-da 2-4, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 6-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta olub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.