banner
banner

Sosİal

Nazirlikdən səhər işə gedənlərə XƏBƏRDARLIQ: “Küçəyə çıxmayın...”

Nazirlikdən səhər işə gedənlərə XƏBƏRDARLIQ:

Bakıda bu gecə də bəzi yollar buz bağlayıb.

Cia.az BAKU TV-yə istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları var gücü ilə işləyib.

Çəkiliş zamanı qar təmizləyən texnikalarla rastlaşmasaq da gördükləri işlərin izinin şahidi olduq. Ancaq nədənsə, bəzi küçələr unudulmuşdu. Bununla yanaşı, yolların işıqsız olması da daha bir təhlükəli vəziyyət yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə əhalini hava ilə bağlı xəbərdar edib. Belə ki, gecə saatlarında havanın temperaturu 9 dərəcə şaxtaya kimi enib. Bu səbəbdən səhər işə gedən insanlar ehtiyatlı olmalıdırlar.

Səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar. Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.