banner
banner

Sosİal

Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq

Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq

Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindn Trend-ə verilən məluata görə, ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılmasına başlanılacaq.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, qarölçmə işləri 25 marşrut üzrə 4 qrupdan ibarət ekspedisiya tərəfindən həyata keçiriləcək və qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı,sululuğu təyin olunacaq.

 

“Qarölçmə işləri Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarının ərazilərindən axan Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Bumçay, Dəmiraparançay, Quba və Qusar rayonlarının ərazilərindən axan Qusarçay, Qudiyalçay, Vəlvələçay, Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Göygöl rayonlarının ərazilərindən axan Şəmkirçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay və Kəlbəcər, Laçın rayonlarının ərazilərindən axan Tərtərçay, Həkəriçay çaylarının hövzələrində aparılacaq”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.