Bir müddət əvvəl Hollivud ulduzu Ancelina Coli evindəki tablolardan birini hərraca çıxarıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən əsəri Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsi illərində çəkib.
Ötən gün baş tutan hərracda “Tower of the Koutoubia Mosque” adlı incəsənət əsəri 2 milyon 500 min funt-sterlinqə (5 milyon 800 min manata) təklif edilsə də, rekord qiymətə satılıb.
Böyük Britaniyanın Kristis hərrac evində keçirilən auksionda tablo 8.3 milyon funt-sterlinqə (19 milyon 593 min manat) alıcı tapıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.