Azərbaycanda peyvənd olunanların sayı 363 mini ötüb
Martın 4-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26,601 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumatına görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 363,183 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.