banner
banner

Sosİal

Sərnişindaşımada süni qiymət artımı edənlər barədə tədbir görüləcək - DANX

Sərnişindaşımada süni qiymət artımı edənlər barədə tədbir görüləcək - DANX

Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublika ərazisində sərnişindaşımada qiymət artımı ilə bağlı yayılan məlumatlarla əlaqədar əhaliyə müraciət edib.

Qurumdfan Trend-ə verilən məlumatda bildirilir ki, paytaxt istisna olmaqla (Bakı şəhəri daxilində ictimai nəqliyyatın tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir) respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdığınız zaman 012-566-52-58 nömrəli "Çağrı Mərkəzi"nə zəng edib məlumat verməyinizi xahiş edirik:

 

"Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 %-nin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb. Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub. Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edirik ki, süni qiymət artımına yol verdikləri halda tərəfimizdən sərt tədbirlər görüləcək"

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.