banner
banner

Sosİal

Ölkəmizdə koronavirusdan ilk ölümün ilk ildönümü - indiyədək 3262 adam itirmişik

Ölkəmizdə koronavirusdan ilk ölümün ilk ildönümü

Azərbaycanda koronavirus infeksiyasından ilk ölümün bir ili tamam olur.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Həmin il martın 12-də infeksiyadan ilk ölüm barədə rəsmi bilgi yayılıb.

2020-ci ildə koronavirus infeksiyası Azərbaycanda 2641 nəfərin həyatına qoyub. Novator.az bildirir ki, aylar üzrə statistika belə göstərilib: mart – 5 ölüm, aprel – 19, may – 39, iyun – 150, iyul – 235, avqust – 86, sentyabr – 57, oktyabr – 139, noyabr – 662, dekabr – 1249.

2021-ci ilin yanvarında 491, fevralında 88 ölüm olub.

Martın ilk 11 günündə 42 nəfər koronavirus xəstəsi dünyasını dəyişib.

Rəsmi hesabata görə, ölkədə ümumən 3262 nəfər koronavirusa qurban gedib. Bu, hər aya 271 itki deməkdir.

Hazırda 4877 nəfər aktiv koronavirus xəstəsi var.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.