Türkiyəli aktrisa Hazal Kaya "Nasıl olunur" verilişində peşəsi barədə danışıb.
CİA.az xəbər verir ki, aktrisa işinin çətin tərəfindən söhbət açıb:
"Uzun illər serialda aktrisalıq etdiyimiz üçün alçaltdılar. "Sizdən nə olacaq" dedilər. Serialların dünyaya satılıb, dəyərləndirilməsi mənim üçün ilahi ədalətdir. Bu sahənin ən ağır işini görənlər biz idik. Heç kim bizim qədər işləməyib. Heç kim ağır tənqidlərə məruz qalmayıb. 10 il özümüzü heç kimə bəyəndirə bilmədik".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.