banner
banner

Sosİal

Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Martın 25-dək...

Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti martın 23-ü meteohəssas insanları diqqətli olmağa çağırır.

Ekologiya və Təbii SərvətlərNazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, martın 23-24-də Bakı və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənəcək qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 5-7, günorta saatlarında isə 13-18 dərəcə isti olacaq.

Bölgələrdə də havanın qeyri sabit keçəcəyi gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Bölgələrdə gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, 23-ü axşam və 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı istisna olunmur. Havanın temperaturu günorta 15-20, dağlıq ərazilərdə isə 5-8 dərəcə isti olacaq.

Qeyri-sabit hava şəraitinin martın 25-ə kimi davam edəcəyi gözlənilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.