Şəxsi həyatı və sosial şəbəkə hesabındakı paylaşımları ilə gündəmdən düşməyən Şeyma Subaşı bu dəfə bahalı geyimi ilə diqqət çəkib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, 30 yaşlı fenomen sərvət dəyərindəki libası və çantası ilə çəkilən fotolarını İnstaqram hesabında yayımlayıb.
Onun paylaşımlarına qısa müddətdə 100 mindən çox bəyəni gəlib. Fenomenin əynində olan libasın ümumi dəyəri 162 min lirə ( 33 min 64 manat) təşkil edib. Onun saatı 144 min lirə (29 min 390 manat), qara rəngli donu 11 min 820 lirə (2412 manat), ayaqqabısı isə 7 min 150 lirə (1459) manat dəyərində olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.