banner
banner

Sosİal

Ramazan ayında ölkədə karantin sərtləşdirilə bilər- AÇIQLAMA

Ramazan ayında ölkədə karantin sərtləşdirilə bilər-

"Bu gün artıq koronavirusla mübarizədə bilinənlər artdığı üçün, əlbəttə hökumət və adiyyəti qurumlar qərarları əvvəlki illə müqayisədə daha sakit və uyğun şəkildə verir. Hamı fikirləşirdi ki, bayram ərəfəsində yollar bağlanacaq. Amma bu, belə olmadı. Bu, hədiyyə kimi görsənə bilər. Amma məqsəd hədiyyə vermək deyildi. Real vəziyyət dəyərləndirilərək hesablandı ki, yol bağlamaqla artıq çox da fayda verilməyəcək".

Musavat.com xəbər verir ki, bu sözləri "Musavat TV"nin efirində deputat Rəşad Mahmudov bildirib.

O əlavə edib ki, burda əsas məqsəd yolu bağlamaq deyil, cəmiyyət getdiyi yerdə epidemioloji qaydalara riayət etmək mədəniyyəti göstərərsə, ölkədə heç bir yeri bağlamağa ehtiyac qalmayacaq:

"Ramazan ayında hamının özünə vəzifə borcu kimi qəbul etdiyi bir çox xüsusiyyətlər var. Bunalara bayramda birlikdə olmaq, ünsiyyətin daha çox olması da daxildir. Novruz bayramında biz 700-800 rəqəmlrini görürdüksə, bu gün 2 min-3 min rəqəmlərini görürük. Burda məqsəd kiminsə bayarmını əlindən almaq və ya əngəl törətmək deyil. Hər bir dövlət məsuliyyət daşıyır ki, ola biləcək təhlükələrə qarşı cəmiyyətini qoruya bilsin.

Rəqəmlərin bu şəkildə artdığı müddətdə təhsildə atıldığı kimi başqa preventiv tədbirlərinin atılması məcburiyyəti doğa bilər. Çünki istənilən kütləvi yer, istər restoran, istərsə də məscidlərdə yaxın təmas olduğu müddətdə təhlükə yarada bilir. Bunu nəzərə alan hökumətlər də ola biləcək təhlükələr qarşısında iqtisadi və digər zərərlərə rəğmən önləm almaq məcburiyyəti daşıyır".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.