banner
banner

Sosİal

Azərbaycanda ilin toyu və ilin nikahı! - FOTOLAR

Azərbaycanda ilin toyu və ilin nikahı!

Azərbaycanda fiziki məhdudiyyətli şəxsin toy fotoları sosial şəbəkələrdə rezenans yaradıb. 

ANS PRESS-in məlumatına görə, 34 yaşlı Zaur Seyidzadənin toyu bir neçə gün əvvəl baş tutub. Fotolarda göründüyü kimi paytaxtın şadlıq saraylarının birində toy məclisində sənətçilərdən Nüşabə Ələsgərli və Elza Seyidcahan iştirak edib. 

Əlil arabasında oturan bəylə fiziki cəhətdən heç bir qüsuru olmayan gəlinin toy şəkilləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Zaur Seyidzadənin Facebook səhifəsində paylaşılan fotolara olduqca müsbət reaksiyalar verən izləyicilər bu toyu ilin toyu, onların nikahını isə ilin nikahı adlandırıblar.

"Foto hər şeyi deyir. Zaur çox bacarıqlı və dəyərli insandır. Xanımı haqqında yalınız bunu demək olar; Budur Azərbaycan xanımı! Bu foto ilin fotosu, bu nikah ilin nikahı deyilmi?" 

34 yaşlı Zaur bəy ali təhsillidir. O, Bakı Dövlət Universitetini bitirib. Zaur Seyidzadə "Valideyn Himayəsindən Məhrum olan Uşaq və Gənclərə Yardım" İctimai Birliyinin QHT təmsilçisi kimi təqdim edilir. 









Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.