Aktrisa Hande Erçel yeni paylaşımı ilə diqqət çəkib.
Son zamanlar tez-tez şəxsi həyatı ilə gündəmə gələn Hande, bu dəfə bahalı ev geyimi ilə müzakirələrə səbəb olub.
Güllərin fonunda böyük güzgü qarşısında foto çəkdirən aktrisa onu İnstaqram hesabının hekayə bölümündə yayımlayıb.
Handenin bu paylaşımı istifadəçilərin müzakirə obyektinə çevrilib. Buna səbəb aktrisanın ev geyiminin bahalı olmasıdır. Erçelin əynindəki libasın ümumilikdə dəyəri 1167 lirədir. (243 manat) .
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.