Birinci Avropa Oyunlarının başlamasına 50 gün qaldı. Bu münasibətlə Bakının mərkəzində idman və incəsənət xadimləri bir araya gəlib. Tədbirdə Azərbaycanın "Eurovision" qalibi Nigar Camal və Avropa Oyunlarının elçisi Murad Dadaşov da çıxış edib. Yerli və xarici rəssamlar bu münasibətlə Bakı 2015-in maskotlarına yeni görünüş veriblər. Yerli və xarici 8 rəssam Avropa Oyunlarının Ceyran və Nar maskotlarını bəzəyiblər. Boyamalar bitəndən sonra bu heykəllər oyun zamanı azarkeşlərin dəyərləndirməsi üçün Bakının müxtəlif yerlərinə yerləşdiriləcək. Xatırladaq ki, Bakı 2015 Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək. Biletlər Bakının 11 əlverişli məkanında, həmçinin park Bulvar, 28 Mall, Metro Park ticarət mərkəzlərində satılacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.