banner
banner

Sosİal

Gənclər iş yerlərində necə istismar olunur - çox iş, az məvacib... və bol ümid

Gənclər iş yerlərində necə istismar olunur -

Normadan artıq çalışan gənci hansı sağlamlıq problemləri gözləyir?

Azərbaycanda gənclərin böyük əksəriyyəti ağır iş rejimində çalışır. Xüsusən özəl şirkətlərdə çalışanlar üçün iş qrafikinin qeyri-müəyyən olması, bəzən göstərilən vaxtdan daha çox iş yerində qalmaq, tapşırıqların yerinə yetirilməsi üçün artmayan məvaciblə daha çox işlər görmək həyatın xoşagəlməz öhdəliklərinə çevrilib.

Əslində dünyada və Azərbaycanda vəziyyət necədir? Azərbaycanda Əmək Məcəlləsinə görə, bir gündə 8, həftədə 40 saatdan artıq işləmək olmaz. Əmək qanunvericiliyinə uyğun olaraq, işçi iki gün dalbadal 4 saatdan çox olmayaraq, əgər iş şəraiti ağırdırsa, 2 saatdan çox olmadan əlavə işlərə cəlb oluna bilər. Bu, o halda mümkündür ki, işəgötürənin işçi ilə razılaşması olsun, həm də bunun haqqı ikiqat ödənilməlidir.

Azərbaycanda bir çox yerdə işçilər iş saatından artıq işlədilir və bu az qala “kütləvi hal” alıb.

Bir çox hallarda insanlar iş yerini itirmək qorxusu ilə bu qanun pozuntusu barədə məhkəməyə müraciət etmirlər.

Əmək Məcəlləsinə nəzər salaq. Məcəllədə deyilir ki, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Amma Əmək Məcəlləsi müxtəlif yaş və kateqoriyalar üçün də ayrı-ayrı hədlər müəyyənləşdirib. Hazırda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında qanunvericiliyə uyğun olaraq, Dövlət Əmək Müfəttişliyi müəssisələrdə yoxlama aparmır.

Hər hansı müəssisədə işçilərin iş saatından artıq və qeyri-iş günlərində işlədilməsi ilə bağlı şikayətlər olduqda araşdırma aparırlar.

Geyim mağazasında işləyən satıcı “gündə cəmi 2 dəfə çay fasiləmiz var” deyir

Həmidə Əliyeva adlı gənc xanım geyim mağazalarından birində satıcı kimi çalışır. Onun sözlərinə görə, iş yerində insan əməyinin istismarı baş verir. Müsahibimiz deyir ki, mağazaya səhər saat 9-da gəlib, axşam 9-da çıxır. Gün ərzində ayaq üstə dayanan H.Əliyeva çay fasilələri üçün gündə cəmi 2 dəfə, nahar fasiləsi üçün bir dəfə icazə verildiyini deyir. Çay fasiləsi 15 dəqiqə, nahar fasiləsi isə yarım saat müddətinə təyin edilib: “Bu müddətdə növbəli şəkildə nahar edirik. Gün boyu o qədər ayaq üstə dayanıram ki, gecələr ayağımın ağrısından yatmaq mümkün olmur. Çay fasilələri çox qısa olur. Həmin vaxt ancaq ayaqyoluna gedib, bir stəkan çayı ağzını yandıraraq içmək mümkündür”.

Bunun müqabilində isə H.Əliyeva ayda 370 manat məvacib alır. Amma o, mağazada müşayiət etdiyi, xidmət göstərdiyi hər bir mal alan müştəriyə görə faiz də qazanır. Müsahibimiz hesab edir ki, çəkdiyi əziyyət qazandığı məvacibə uyğun deyil və bu, onun əməyinin istismarıdır.

Dünyada vəziyyət necədir?

Yaponiya dünya üzrə iş saatı ən uzun olan ölkələrdən biridir. Ölkədə son illərdə çox işləməklə bağlı ölüm hallarının artdığı bildirilir.

Yaponlar iş saatı ilə bağlı hökuməti dəyişikliklər etməyə çağırıb.

Yaponiyada iş saatının uzun olması yeni hadisə deyil. Uzun iş saatının tətbiq edilməsi ilk dəfə 1960-cı ildə başlayıb.

Son dövrlərdə isə karoşi ölümlərində artım başlayıb.

Yaponiyada çox işləməklə bağlı ölümlər artır - BBC News Azərbaycanca

Matsun Takahaşi 

Yaponiyanın Dentsu reklam agentliyində işləyən 24 yaşlı Matsun Takahaşi 2015-ci ildə Yeni il günü qaldığı yataqxanadan özünü ataraq intihar edib.

Takahaşinin ölümündən sonra çox az yatdığı, ayda ən az 100 saat əlavə işlədiyi ortaya çıxıb.

İşləyən gənclərə köməklik göstərən Posse adlı təşkilatın nümayəndəsi Makoto İvahaşi bunun, xüsusilə yeni işə başlayanlar arasında qeyri-adi hadisə olmadığını söyləyir.

Rəsmi rəqəmlərə görə, hər il karoşi diaqnozu ilə ölənlərin sayı yüzə çatır. Bu ölümlərin səbəbləri adətən ürək çatışmazlığı, intihar və iflic olur.

Lakin işləyən gənclərin hüquqları uğrunda mübarizə aparan təşkilatların verdirkləri ölüm sayı rəsmi rəqəmlərdən daha yüksəkdir.

Aparılan bir araşdırmaya görə, yapon şirkətlərinin təqribən dörddə birində işçilər ayda 80 saatdan çox işləyirlər, amma çox vaxt maaş ala bilmirlər. İşləyənlərin yüzdə 12 faizi isə ayda 100 saat işləyir.

Yeni dəyişikliklər edilməsi üçün hökumətə qarşı təzyiqlər artır, amma on illərdir ki, davam edən bu iş qaydasını dəyişdirmək asan deyil.

Yaponiyada çox işləməklə bağlı ölümlər artır » Xeberdar.net

Bundan başqa, Yaponiyada iş yoldaşlarından və ya müdirdən əvvəl işdən çıxmaq heç də yaxşı qarşılanmır.

Amerikada isə yeniyetmələrin iş həyatına erkən atılmasına görə şərtlər tamamilə fərqli şəkildə tənzimlənir. Ümumiyyətlə, işləyən yeniyetmələr ən azı federal minimum əmək haqqı 7.25 dollar ödəməlidilər. 20 yaşına çatmış işçilərə, ardıcıl təqvim gününün ilk 90 günü üçün ən azı bir minimum əmək haqqı (ya da məcburi minimum əmək haqqı) 4.25 dollar ödənilə bilər; bu gənclik minimumu yalnız ilk işi deyil, yeniyetmə tutan hər işə aiddir. 20 yaşına çatan bir işçi iş yerini dəyişdirsə, yeni işəgötürən onlara yeni işinin ilk 90 günü üçün daha aşağı dərəcə ödəyir.

Bir çox dövlət və bəzi şəhərlər federally mandat minimumundan minimum əmək haqqı təyin etmişdilər, lakin bunlar mütləq gənc işçilərə tətbiq edilmir.

Son vaxtlar bir neçə dövlət yeniyetmələr üçün minimum əmək haqqı istisnalarını təklif edib, bu da qismən minimum əmək haqqının artmasına cavab olaraq.

İşçilər 18 yaşından aşağı olduqda, federal və əyalət qanunları işəgötürənlərdən gənclərin yaşından asılı olaraq işləmək üçün icazə verilən saat sayı kimi müxtəlif şərtlərə riayət etmələrini tələb edir. Əksər əyalətlər işəgötürənlərdən 18 yaşınadək bütün işçilər üçün sənədlərdə iş icazəsi tələb edirlər. Bu icazə gənclərin yaşının təsdiqləndiyini və işəgötürənin yaşından xəbərdar olduğunu göstərir.

Yaponiyada çox işləməklə bağlı ölümlər artır » Xeberdar.net

Federal hökumət, ümumiyyətlə, iş icazəsi vermir. Əksər liseylər dövlətin tələb etdiyi təqdirdə tələbəyə iş icazəsi verəcəkdir. Bununla birlikdə, gənclər məktəbində və ya əyalətdə birisini ala bilmirsə və işəgötürən birinə ehtiyac duyarsa, federal hökumət daha sonra ona iş icazəsi və ya yaş sertifikatı verəcəkdir.

Tələbə iş icazəsi almaq üçün bir gənc yaş sənədini göstərməlidir. Yaş sənədinin təsdiqlənməsi üçün məqbul olan sənədlərə doğum haqqında şəhadətnaməsinin, pasportunun, sürücülük vəsiqəsinin və ya dövlət şəxsiyyət vəsiqəsinin əsli və ya təsdiq edilmiş surəti daxildir. Bəzi əyalətlər, bir uşağın yaşa dair sübutu kimi bir valideyn andını qəbul edəcəklər.

Qadağan olunan iş yerləri

Gəncləri iş yerində yaralanmaqdan qorumaq üçün 18 yaşın altındakıların təhlükəli işlərdə çalışmasına icazə verilmir. Təhlükəli işlərə nümunələr:

Mədənçilik və istehsal. Gənclərin mədən və ya digər yeraltı işlərdə, istehsalatda, fabriklərdə, fabriklərdə və iş maşınlarının istifadəsini tələb etdiyi digər mühitlərdə işləməsinə icazə verilmir.

Təhlükəli maşınlardan istifadə. Gənclər baqqal mağazalarında işləyə bilər, lakin kəsici və ya dəyirman kimi təhlükəli maşınlardan istifadə etmələrinə icazə verilmir. Şarküteriyada ət və pendir hazırlamaq və ya alt sendviç hazırlamaq kimi digər işləri görərək işləyə bilərdilər, ancaq sökmək və ya təmizləmək üçün belə maşınlara toxuna bilməzlər. Qanunun bəzi müddəaları çox spesifikdir. Məsələn, tarayıcıları və kompaktörləri yükləyə bilər, lakin işlədə və ya boşalda bilməzlər. 14 yaşında bir uşaq belə fast-fud restoranlarına işə götürülə bilər, ancaq yara ala biləcəkləri yerlərdə dilimləyiciləri, sobaları, sobaları və ya digər maşınları işlədə bilməzlər. Məsələn, qızartma səbətləri enib avtomatik olaraq yağın içərisinə və içərisinə qalxdıqda qızartma qablarını yığa bilər, ancaq səbətləri özləri idarə etmələri lazım deyilsə.

Qapıdan qapıya satış. Valideynlərini müşayiət etmədikləri təqdirdə, yetkinlik yaşına çatmayanlar üçün qazanc məqsədilə qapı-qapı satmaq da qadağandır.

Peşəkarlıq üçün 10 min saat vaxt sərf edilməlidir...

Araşdırmalar göstərir ki, hər hansı bir sahədə peşəkar olmaq üçün həmin seçilmiş fəaliyyətə 10 min saat (9 və ya 10 il ərzində hər həftə 20 saat) sərf etməyiniz lazımdır.

Anders Ericsson, Psychologist and 'Expert on Experts,' Dies at 72 - The New  York Times

Anders Erikson

Peşəkarlığın ən yüksək səviyyəsinə mütəmadi təcrübə olmadan çatmaq qeyri-mümkündür. Bunu hələ 90-cı illərin əvvəllərində isveçlı psixoloq Anders Erikson Berlin Musiqi Akademiyasında apardığı tədqiqat zamanı sübut edib. Onun bu işini sosioloq və jurnalist Malkolm Qladuel “Dahilər və autsayderlər” uğurun sirrinin istedadda deyil, yüksək işləmə bacarığında olduğunu sübut etmək üçün də istifadə edib.

Təcrübə bu formada həyata keçirilib: Eriksonun istəyi ilə musiqi müəllimləri skripkaçı tələbələri iki qrupa ayırırlar: gələcəyin dünya səviyyəli ulduzları ola biləcək perspektivli tələbələr və çox da uğurlu olacağı gözlənilməyənlər. Bütün tələbələr 5 və ya 8 yaşlarından çalmağa başlamış, gündə 2 saatdan az olmayaraq məşq etmişdilər. Lakin 9 yaşlarına çatdıqlarında bəzilərinin cədvəlində dəyişikliklər baş verməyə başlayır. Daha çox məşq edən tələbələr 10 il sonra da peşəkarlaşmaq üçün hər həftə özlərinə 30 saat vaxt ayırırdılar.

Bu cədvəllə tələbələr 20 yaşlarına çatdıqlarında artıq skripka öyrənmək üçün 10 min saat sərf etmiş olurlar. Orta səviyyəli tələbələrdə bu vaxt göstəricisi 8 min idi, gələcəyin musiqi müəllimləri olacaqlar isə buna cəmi 4 min saat  vaxt ayıranlar idi.

İnsan həftədə cəmi 4 gün işləsə, bunlar olar

İnsan həftədə cəmi 4 gün işləsə, bu, hansı formada onun özünə və çalışdığı müəssisəyə, dolayısı ilə cəmiyyətə fayda verə bilər?

Bu, işçilərə sağlamlıq problemlərindən qaçmağa imkan verir. Ürək-damar xəstəlikləri, mədə-bağırsaqdakı problemlər, baş ağrıları, əsəb pozğunluğu - bütün bunlar çox çalışmanın fəsadları ola bilər. Hətta dünyaca məşhur “işxorlar” olan yaponlar belə çox işləməyin əks təsiri, gərginliyin ölümlə nəticələnəcəyi barədə maraqlı bir atalar sözü fikirləşiblər: ofisə hamıdan tez gələn adam “idiotdur”.

İş vaxtlarının azaldılması insanlara öz yaxınları ilə daha çox vaxt keçirməyə imkan verir. Bu isə stressi azaldır. Axı stress anormal iş rejimi olan insanları öz iş yoldaşları ilə daha çox konfliktə cəlb edir. Bu isə xoşbəxtliyi azaldır.

Çok Çalışmak Öğrenmenin Önündeki Bir Engel Mi? | Barış Sarısoy

Dörd günlük iş həftəsi qazanan işçinin maddi durumunda da yaxşılaşma ola bilər. Belə ki, əgər istəsə, yerdə qalan 3 gündə sərbəst iş fəaliyyəti ilə məşğul olub, daha çox pul qazanmaq imkanı əldə edə bilər. İqtisadi böhran şəraitində bundan ideal vasitə düşünmək mümkün deyil. Bunu təkcə iş gününü yox, həftəlik iş saatını azaltmaqla da etmək mümkündür.

İş saatı daha çox olan ölkələrin siyahısına isə Danimarka, Norveç, İsveç daxildir. Onluqda eyni zamanda İrlandiya, Almaniya, İsveçrə, Belçika, Avstriya və İtaliya da yer alıb. İlk üçlükdə yer alan ölkələrdə həftəlik iş saatı 33 saatdır. Almaniya, İsveçrə və Belçikada 35 saat, Fransada isə 36 saat.

Bir neçə il bundan əvvələ qədərsə 6 günlük iş norma sayılırdı. Məsələn, keçmiş SSRİ-də bu sistem Oktyabr İnqilabının 50 illiyi münasibətilə ləğv olundu və 5 günlük iş sisteminə keçildi. Bu keçid isə sosializmin uğuru kimi simvolizə olundu.

Hollandiya ən qısa orta statistik iş həftəsinə - 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edir, orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.