banner
banner

Sosİal

Azərbaycana səs salan toyun səbəbkarı: "Məni erməni həkim əlil etdi"

Azərbaycana səs salan toyun səbəbkarı:

Əlil arabasında bəy və fiziki cəhətdən heç bir qüsuru olmayan gəlin. Bu sıradan bir toy olmadığından dünən Azərbaycan mətbuatı Zaur Seyidzadə və Vüsalənin toyundan yazdı. Hər kəs gəlinin fədakarlığına alqış dedi.
Azərbaycana səs-küy salan toyun bəyi Zaur Seyidzadə Zaur Seyidzadə ailə qurduğu Vüsalə xanımla necə tanış olmasından danışıb. 
Təmtərağı ilə deyil, sırf səbəbkarların xarici görünüşləri ilə ilin toyu və ilin nikahının bəyi gəlinlə necə tanış olmasından söz açıb: 
“Son illər qohumlarım mənə evlənməyi təklif edirdilər. Bir neçə qız göstərdilər, lakin qismət olmadı. Vüsalə xanımla Lənkəranda tanış olmuşam. Yeni ildə qohumlarıma baş çəkmək və istirahət etmək üçün Lənkərana getmişdim. Orada bizi tanış etdilər. Söhbət etdik, ona evlilik təklif etdim. Vüsalə xanım da dəyərləndirdi. Fiziki qüsurlu olsam da, şükr Allaha ki, işsiz deyiləm. Təşkilat rəhbəriyəm”.

Zaur Seyidzadə 1981-ci ildə Bakı şəhərində anadan olub. İki ali təhsili var. Əlilliyinin səbəbi isə 2 yaşında başından çıxan adi çiban olub. Çibana görə girdiyi cərrahiyyə əməliyyatından əlil çıxır. O, erməni həkimin onu bilərəkdən əlil etdiyini deyir: "Məni erməni əlil etdi. Başımdakı çibanı əməliyyat edən həkim erməni imiş. Cərrahiyyə əməliyyatı zamanı başımın əsəb sistemini zədələyib. Onun üzündən əlil arabasına məhkum olmuşam".

Fiziki qüsurlu olması onu ruhdan salmır. Yaşıdları kimi orta məktəbdə təhsil alır. Məktəbi bitirdikdən sonra ali təhsilini Bakı Dövlət Universitetində alır. Sonuncu ali təhsili hüquq ixtisası üzrə olub. Zaur Seyidzadə “Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım” İctimai Birliyini təsisçisi və sədridir.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.