Əri öləndən sonra bir daha o evə getməyib - Fotolar
Aktrisa Özgü Namal həyat yoldaşı Ahmet Serdar Oral ilə birlikdə yaşadığı və ölümünün ardından bir daha getmədiyi kənddəki evini kirayə vaxtı bitmədən boşaldıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, ötən il əri ölən Namal həyatına uşaqları ilə birlikdə İstanbulda davam edir. Həyat yoldaşı sağ olan ərəfədə Köyceğizdə yaşayan aktrisa əri öləndən sonra həmin evə heç qayıtmayıb.
Namal əri ilə birlikdə kənddə aldıqları torpaq sahəsini isə 3 milyon lirəyə satışa çıxarıb. Amma qısa vaxt keçən kimi o, fikrindən yayınıb.
Qeyd edək ki, sənətçinin əri infark nəticəsində vəfat edib. Onlar 2015-ci ildən 2 övladı ilə kənddə yaşayırdılar. Onlar evin 10 illik kirayə pulunu əvvəlcədən ödəmişdilər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.