banner
banner

Sosİal

Bakıda bu ünvandakı yaşayış binası sökülür, sakinlər narazıdır

Bakıda bu ünvandakı yaşayış binası sökülür,

Paytaxtın Nəsimi rayonu, 2-ci mikrorayon, Rəşid Məmmədov küçəsi 25 ünvanında yerləşən beşmərtəbəli yaşayış binası sökülür.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər binada yaşadıqları halda tikinti şirkəti söküntü işlərinə başlayıb. İşlərə blokun üstündəki pəncərələrin sökülüb kənara yığılması ilə start verilib.

Həmin binada yaşayan sakinlər deyirlər ki, onların razılığı olmadan ''Xəzər İnşaat XXI Əsr'' Mənzil-Tikinti Kooperativi tərəfindən söküntü işləri aparılır. Onlar iddia edirlər ki, tikinti şirkəti binada yaşayan bir qrup şəxslə razılığa gəlsə də, digərləri binanın sökülərək yerində yenisinin tikilməsinə razılıq verməyiblər.

Sakinlərin sözlərinə görə, şirkətdən 2018-ci ilin may ayında şifahi olaraq onlara məlumat veriblər ki, həmin bina pilot layihə əsasında söküləcək.

Məsələni araşdırmaq üçün sakinlər Fövqəladə Hallar Nazirliyinə, Nəsimi Rayon İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat veriblər. Sakinlərin iddiasına görə, bütün qurumlar binanın söküntüsünə rəsmi qaydada icazə verməyiblər.

''Xəzər İnşaat XXI Əsr'' Mənzil-Tikinti Kooperativindən məsələyə münasibət öyrənmək istəsək də, şirkətdən heç bir açıqlama verilməyəcəyini bildirdilər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu ''Xəzər Xəbər''ə bildirdi ki, həmin MTK tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisinə dair təqdim edilmiş planlaşdırma sənədi şəhərsalma və tikinti normalarına uyğunluğu yoxlanaraq təsdiq edilib. Qurum rəsmisi onu da bildirdi ki, hazırda tikintiyə icazə icraatı çərçivəsində aidiyyəti dövlət qurumlarının rəyləri toplanır. Yalnız bu rəy alındıqdan sonra ərazidə söküntü və tikinti işləri aparıla bilər.

Musavat.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.