banner
banner

Şou

Müğənnilər toy qiymətlərindən danışdılar: “5000 manata gedirəm, amma...”

Müğənnilər toy qiymətlərindən danışdılar:

Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun toylara COVİD posportu və immunitet sertifikatı ilə getmək olacaq deməsi toylara qoyulan qadağanı bir daha gündəmə gətirib.

Toylara qoyulan qadağaların nə zaman ləğv olunacağı açıqlanamasa da, hazırlıqlar görüldüyü barədə fikirlər də brifinqdə səslənib.

Bəs, müğənnilər toy sifarişi alıblarmı? Qiymətlərdə nə kimi dəyişiklik olacaq?

Musavat.com müğənnilər arasında sorğu keçirib. Müğənni İzzət Bağırov bildirib ki, hələ ki, toylara dəvət almayıb:



“Demək olar ki, hər gün gizli toylar keçirilir. İnsanlar yaxınlarını yığıb evində qonaqlıq edir. Pandmeiya müddətində toylara dəvət alsam da, getmədim. Qaydalara əməl etmək lazımdır. Amma hazırda bütün musiqiçilər pis vəziyyətdədir. Restoranlar insanla doludur. Bəy-gəlin də olsa, hazır toydur. Toyalara qoyulan qadağalar götürülsün, endirim edəcəm. Hər kəsin büdcəsinə uyğun qiymət deyirik”.

Müğənni Şəbnəm Tovuzlu da bildirib ki, toylar başlasa, qiymətdə endirim edəcək:

“Azərbaycanda toy anonsu verildi, amma qəraryoxdur. Beh aldığımız toy sahibləri ilə davamlı əlaqə saxlayırıq. Dəfələrlə vaxt dəyişmişik. Rusiyada da, Bakıda da toylara gedəndə qiymətdə enidirm etmişəm. Onsuz da mən həmişə toy sahibinin imkanına baxmışam. Yüzlərlə pulsuz toy oxumuşam.Toylara start verilsin, endirim də edərik. Təki ölkəmizdə xoş günlər olsun”.



Müğənni Afət Fərmanqızı da toy qiymətinə endirim edəcəyini açıqlayıb:”Bütöv toyu 5 minə aparıram. Hazırda 40-a yaxın toyun behini almışam, toy sahibləri ilə danışıqlar aparırıq. Pandemiyaya görə endirim də edəcəm”.



Müğənni Nadir Qafarzadə qeyd edib ki, toy qiymətində artım etməyəcək:
“İnsanlar ikinci ildir ki, toy haqqında düşünür. Qadağaların götürülməsini istəyir. Qiymət artımından söz gedə bilməz. Əlbəttə, endirim edəcəm ki, insanlar rahatlıqla məni xeyir işlərində görsün. Toy qiymətini qaldırmaq doğru deyil. İnsanları anlamaq lazımdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.