banner
banner

Şou

Xalq artisti: "Düşünməyin ki..."

Xalq artisti: "Düşünməyin ki..."

Xalq artisti Nisə Qasımova küsülü həmkarlarından, qalmaqal edən ifaçılardan danışıb.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən müğənni onu hansı məqamların əsəbləşdirdiyindən bəhs edib:
“Mənim üçün həyatda ən vacib şey münasibətdir. İllərini, zamanını, ömrünü sənətinə bəxş edən hər bir müğənni üçün bu əsasdır. Oxumaq, verilişlərə dəvət sənətkara önəmlidir. Biri var, iki-üç il çalışan sənətçi, biri də var ki, 40 ildən artıq sənətdə ömür sürən ifaçı. İstəmirəm ki, sənətkarlarımız vaxtından əvvəl solsunlar. Hardasa görüb salam vermirlər. Hanı sənin milli mentalitetin? Mən kiminsə qəlbini qırıramsa, gedib könlünü alıram. Ya mən hədsiz həssasam, ya da uzun illərdir axtardığım sevgini tapmamışam. Sənətkarlar arasında münaqişə ola bilər. Amma etika lazımdır. Biri-birinə düşmən kəsilənlər zaman gələr, dost olarlar. Ona görə də, etikanı gözləmək vacibdir. Bunu mənə illər təsdiqləyib. Elə ifaçı olub ki, barışıq üçün ilk addımı mən atmışam. Biz bir-birimizin qəlbini sındıra-sındıra hara gedirik? Sonrada çıxıb “ailəm”, “sənətim” deyirik. Elə müğənnilər var ki, danışmırıq, amma hörmətimizi saxlayırıq. Bu o demək deyil ki, ömürlük onunla düşmən kəsilmişəm. Qürur məsələsi də var. Nisə xanım qürursuz deyil ki, hədsiz günahkarı bağışlasın. Onda başımın üstündən keçərlər”.
Nisə Qasımova plastik əməliyyatdan da danışıb. Bir müddət əvvəl plastik əməliyyat etdirəcəyini deyən müğənni bu fikrindən daşınıb:
“Yaxın bir insan icazə vermədi. O gözəl şəxsin adını çəkməyəcəm, dostumdur. Dedi ki, siz əməliyyat etdirsəniz, üzünüzün quruluşu itəcək. Düşünməyin ki, həmin adam sevgilimdir. Gözəl dost, ana, xanımdır. Bir az kökəlmişəm, pəhrizlə arıqlayacam”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.