"Son yaz" seriaında rol alan türkiyəli aktyor Sinan Tuzcu ikinci dəfə ailə həyatı qurub.
Axşam.az xəbər verir ki, aktyor Parisdə yaşayan sevgilisi Beyza Kapucu ilə evlənib. Türkiyədə keçirilən toy mərasimində Sinanın ailəsi və “Sen Anlat Karadeniz” serialında birlikdə rol aldığı həmkarları İrem Helvacıoğlu, Cem Kenar və Furkan Akso da iştirak edib.
Qeyd edək ki, Sinan və Beyza "Zoom" onlayn platformasında tanış olublar. Aktyor 2016-cı ildə ilk həyat yoldaşı Dolunay Soysertdən ayrılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.