Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi uşaqlar üçün "Şən bəbirlər” adlı ekoloji müsabiqə elan edir.
Müsabiqə çərçivəsində azyaşlılar bəbiri və digər pişikkimiləri təsvir edən geyimlərdə çəkilmiş fotolarını IDEA İB-yə göndərə biləcəklər.
Layihənin əsas məqsədi uşaqlarda kiçik yaşlarından bəbirlərə, ümumilikdə isə fauna növlərinə sevginin formalaşdırılması və inkişaf etdirilməsi, onları bu nadir canlı növünün həyat tərzi, məskunlaşdığı ərazilər ilə bağlı məlumatlandırmaq, bəbirlərin qorunmasının vacibliyini diqqət mərkəzində saxlamaqdır.
Müsabiqənin qaydalarına əsasən, fotolar istənilən formatda, professional kamera və ya telefonla çəkilə bilər. Təqdim olunan fotolar yalnız bu müsabiqə üçün çəkilməlidir. Bir müəllif müsabiqəyə maksimum iki foto təqdim edə bilər. Uşaqlar heyvanların daha dolğun təsvirini yaratmaq üçün üzlərində boya ilə rəsmlər də çəkə bilərlər.
Müsabiqə 15 yaşınadək uşaqlar üçün nəzərdə tutulub. Müsabiqənin tələblərinə cavab verməyən fotolar müsabiqədən kənarlaşdırılacaq.
Müsabiqənin münsiflər heyəti təqdim olunacaq fotolar arasından ən yaxşı və yaradıcı 3 qalib fotonu seçəcək. Qalib fotolar qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs fotosunu 15 yanvar 2014-cü il tarixindən gec olmayaraq "Şən bəbirlər” başlığı altında [email protected] poçt ünvanına göndərməlidir. Müəlliflər foto ilə birgə ad, soyad və əlaqə vasitələrini özündə əks etdirən sərbəst mətndə məlumatı da məktuba əlavə etməlidirlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.