banner
banner

Sosİal

Kəndlilərin "qara siyahısı" hazırlanıb: NAZİR

Kəndlilərin "qara siyahısı" hazırlanıb:

Əkin torpaqlarından istifadə etməyən fermerlər cərimələnəcək.

Cia.az xəbər verir ki, i, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuata açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, artıq istifadə edilməyən torpaqların monitorinqi aparılıb:

"Pay torpaqlarından istifadə etməyən kəndlilərin "qara siyahısı" hazırlanıb. Bu cür fermerlər müəyyən qədər cərimə olunacaq. Birinci ildə torpağı istifadə etməyən fermerə tətbiq edilən cərimə növbəti illərdə daha cox olacaq. H.Əsədovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə təklifləri hökumətə göndərib".

Nazirin sözlərinə görə, bu sahədə dünya təcrübəsi nəzərdən keçirilib:

"Aparılan araşdırmalar zamanı məlum olub ki, dünyanın əksər ölkələrində, əsasən də, Avropada istifadəsiz torpaqlar ücün cərimlər tətbiq etmək, vergiləri yüksəltmək, subsidiya verməmək, bəzi ölkələrdə isə istifadəsiz torpaqların kəndlilərdən geri alınması praktikası tətbiq edilir. Biz də, bu təcrübələri müəyyənləşdirib, Azərbaycan üçün uyğun olan cərimə tətbiqi üsulunu seçmişik", - deyə o bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.