Daxili İşlər naziri Ramil Usubov polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan vətəndaşlarla görüşəcək.
DİN Baş Kadrlar İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri 29 noyabr 2014-cü il tarixdə saat 12.00-da Sumqayıt Şəhər Polis İdarəsində daxili işlər naziri tərəfindən qəbul ediləcəklər.
Qəbula gələn şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.