Müğənni Röya Ayxan bəzi kişi həmkarlarını yaltaqlıqda günahlandırıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında yerli şou-biznesdəki duet ortaqlarını bəyənmədiyini etiraf edib:
“Duet ortaqlarının çoxu bir-birinə yaraşmırlar. Nə görünüşcə, nə də səs tembri ilə uyğun gəlmirlər. Yalandan “bunun adı var onla oxuyum” deyirlər. Bizdə duetlə yaltaqlığı səhv salıblar. Ən çox da oğlanlar qızlara yaltaqlıq edir. Duet bir-birinə dəstək olmaqdır. Mən Xəyyama, Cinə dəstək oldum. Mahnı hər iki ifaçıya fərqli tərz gətirəcək. Bu artıq Röya dəsti-xəttidir. Mən kimisə önə çıxardıram. Və buna görə də sevinirəm”.
R.Ayxan reper Cinlə duetindən də danışıb:
“Çox gözəl mahnıdır. 2008-ci ildə onla duet oxumaq istəyirdim. Çıxdı efirdə dedi ki, başqa müğənni ilə duet hazırlayıram. Mən də layihəni dayandırdım. İndi yenidən işbirliyinə başladıq. Məndə duet alınır. Başqaları özlərini biabır etməsinlər, onlarda alınmır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.