Xalq artisti Məleykə Əsədova növbəti yaşına qədəm basıb. Akademik Milli Dram Teatrının aktrisası ad gününü yaxın dostları ilə birlikdə qeyd edib. M.Əsədova əslində doğum gününü qeyd etmək fikrində olmadığını deyib: “Yaxın dostlarımın təkidi ilə yığcam bir şənlik təşkil etdik. Şənlikdə yalnız ailəmiz və yaxın dostlarımız öz ailələri ilə birlikdə iştirak etdi. Bu səbəbdən sənət dostlarımı və media işçilərini dəvət edə bilmədik. İnşaallah sentyabr ayının 8-də qızım Gülərin 10 yaşı tamam olur. Allahın izni ilə, qızımın doğum günündə böyük bir şənlik təşkil etməyi, bütün sənət dostlarımı, eləcə də media sahəsində fəaliyyət göstərəndostlarımızı dəvət etməyi planlaşdırıram”.
Xatırladaq ki, Məleykə Əlifağa qızı Əsədova 1967-ci il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.