Azərbaycanın gözəlliyini əks etdirən möhtəşəm VİDEO
Azərbaycanın görməli yerləri haqqında maraqlı video-görüntülər çəkilib.
Oxu.Az xəbər verir ki, gənc azərbaycanlı videoqraf Kamran Aydınov 2013-cü ildən etibarən ölkəmizin müxtəlif yerlərindən görüntüləri lentə alaraq möhtəşəm bir kompozisiya yaradıb.
Həmin görüntülər quş uçuşunun hündürlüyündən lentə alınıb.
Videoqraf hazırladığı kompozisiyada Qusar, Qəbələdə və Xəzər dənizində çəkdirdiyi maraqlı kadrları toplayıb. Əlavə olaraq Bakıda aparılan təmir-tikinti işləri də lentə alınıb.
Görüntülər sosial şəbəkələrdə populyarlaşmaqdadır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.