Zaur Baxşəliyev Hacı Surxayı müdafiə etdi: “Bəs, insanlar Quranın günah bildiklərini niyə edirlər?”
Tanınmış din xadimi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxayın “Məhərrəmlikdə toy və şənlik edənlərin gələcək səadətlərinin və uşaqlarının sağlamlığının sual altında olduğunu" bildirməsi geniş müzakirə obyektinə çevrilib. Əksəriyyət din xadiminin bu fikirlərini sərt tənqid etsə də, müdafiəsinə qalxanlar da olub.
Onlardan biri aparıcı Zaur Baxşəliyevdir. Aparıcı bu barədə öz “İnstaqram” hesabında aşağıdakıları qeyd edib:
“Görəsən “Qurani-Kərim”də Aşura günü toy etmək olmaz sözü yazılmayıb" deyənlər Quranda yazılanlara riayət edirmi? Fərz edək ki, siz düz deyirsiniz, belə bir qadağa yoxdur. Bəs insanlar Quranın günah bildiklərini niyə edirlər? Məsələn, spirtli içki içmək, zina, qeybət etmək, yetim haqqı yemək, “ev yıxmaq”, başqasının haqqına girmək, yalan danışmaq, oğurluq etmək və sairə”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.