Türkiyənin tanınmış aktyoru Kənan İmirzalıoğlu ilə Sinem Kobalın bu ilin iyulunda toyları olacağı iddia olunub. Cia.az-ın yerli “Günəş” qəzetinə istinadən verdiyi məlumata görə, dedi-qodu səviyyəsində olan bu iddianın həqiqətə yaxın olduğu iddia olunub. Bundan əvvəl müxtəlif insanlarla könül münasibətləri olan ikili son günlərdə tez-tez birlikdə paparazzilərin obyektivlərinə tuş gəliblər. Nəşr bildirib ki, cütlüyün iyulda ölkə xaricində toy edəcəyi barədə iddialar İstanbul elitasının yaşadığı Cihangir bölgəsinin ən populyar dedi-qodusudur. Qeyd edək ki, Sinem Kobal daha əvvəl ulduz futbolçu Arda Turanla yaşadığı eşq həyatı ilə şou-biznesin gündəmində olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.